2012-ci il AZƏRBAYCANA nələri qazandırdı?


Avroviziya
2012-ci ilin may ayında Azərbaycan ilk dəfə olaraq Avropanın ən məşhur və ən sevilən mahnı Müsabiqəsi olan Avrovisiyaya ev sahibliyi etdi.
Məhz bu müsabiqə üçün Xəzər dənizinin sahilində Baku Crystal hall adlı tam yeni və çox orijinal konsert zalı cəmi 6 ay ərzində tikildi.
Daha sonra bu konser zalında dünyanın üç ən məşhur müğənnilərindən olan JLo, Rihanna və Şakira konsert verdilər.
Avroviziya müsabiqəsi vasitəsilə ən azından Avropa Azərbaycanın gəzməli görməli yerləri ilə qısa çarxlar vasitəsilə tanış oldular. İnterval aktlarda isə milli rəqslərimiz, alətlərimiz, musiqimizin, ümumilikdə mədəniyyətimiz nümunələri nümaiş olundu.
Fəxr etdik, sevindik. Və həmişə olduğu kimi də müsabiqədə iştirakçı kimi də 4-cü yeri tutaraq uğur qazana bildik :)

Klubumuz Avroliqada
Bu il ilk dəfə bir Azərbaycan futbol klubu avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb. Bu tarixi uğuru qazanan klub isə Bakını təmsil edən Azərbaycan çempionu Neftçi oldu. Bununla da flaqmanımız Azərbaycan futbol tarixində bir ilkə imza ataraq futbol azarkeşlərinə sonsuz sevinc bəxş etdi.
Qrup mərhələsindəki ən uğurlu çıxışı isə ən güclü rəqib olan Milanın İnter klubuna qarşı oldu. Belə ki, səfərdə keçən oyun 2:2 hesabı ilə bitdi


İlin internet hadisəsi «Davay, do svidabniya»:)
Possovet ölkələri arasında bu ilin internet bombası nı məhz Azərbaycan meyxanası partlatdı.
Regionlarımızın birində keçirilən toyda çəkilən bir video rusların diqqətini elə çəkdi ki, birdə mətin yadlarından çıxsın. Meyxananın əsas kəliməsi «Ты кто такой?Давай, до свидания» sözün əsl mənasında dillər əzbəri olub. Hətta bu kəlimə siyasi məqsədlərlə də dəfələrlə istifadə olunub. «#путинтыктотакойдавайдосвидания» xeşteqi isə Twitterdə dünya trendləri sırasına daxil olub.
Və ən səs-küylü hadisə! Rusiya şou-biznesinin iki ən məşhur nümayəndələrindən Fillip Kirkorov və Timati biri biri ilə davalarını «Давай, до свидания» vasitəsilə edib.
Kəlmənin müəllifi İntiqam və qardaşı Ehtiram əsl ulduzlara çevirilərək Rusiyanın və Ukrainanın ən reytinqli verilişlərində qonaq olublar.
Beləliklə də, bu sadə kəlmə meyxananın nə olduğunu bilməyən milyonlarla insan tərəfindən bu şifahi xalq ədəbiyyatımıza qarşı maraq yaratdı.. Meyxana üçün bundan böyük reklam ola bilməzdi :)

Olimpiada
Bu il Azərbaycan London Yay Olimpiya oyunlarında tarixinin ən yüksək nəticəsini göstərdi.
Belə ki, 204 ölkə arasında Azərbaycan 30-cu yeri tutaraq bir çox böyük dövlətləri geridə qoydu.
Bu nəticəni ölkəmiz qazandığı 10 medal ilə əldə edə bildi( 2-si qızıl, 2-si gümüş və 6-sı bürünc)
Bu Olimpiya oyunlarında Azərbaycan 16 idman növü üzrə 53 idmançı ilə təmsil olunmuşdu.
London Paralimpiya oyunlarında da bu il idmançılarımız uğurlu nəticə qazandılar.
Azərbaycan qazandığı 12 medalla komanda hesabında 164 ölkə arasında 27-ci olub. Bu, Azərbaycan paralimpiya oyunlarında qazandığı ən çox medaldır.
Və nəhayət, Azərbaycan 2015-ci ildə ilk Avropa Olimpiya oyunlarına ev sahibliyi etmək haqqı qazanıb.

Futbol üzrə dünya çempionatı Azərbaycanda
Sentyabr ayında Bakı 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı nı qəbul etdi. Çempionat yüksək səviyyədə keçdi. Açılışda və bağlanışda gözəl şou, Azərbaycan rəqsləri təqdim olundu.
Həmçinin açılışda Jenifer Lopez bağlamışda isə Şakira çıxış edərək Azərbaycan azarkeşlərini stadona yığa bildi :)

Ramil Səfərov
Və nəhayət, ilin ən sevindirici xəbəri Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun 7 illik həbsdən sonra Vətənə ekstradisiya olunması oldu. Bu xəbər bütün azərbaycanlılar üçün əsl gözlənilməz hədiyə oldu. Digər sevindirici hal isə Ramil Səfərovun Bakıya çatmamış prezidentimiz tərəfindən əhv olunması oldu.
İllər keçdikcə bəlkə ümidimi itirdiyimiz bir zamanda bu xəbəri almaq bizə gələcəkdə ən böyük uğurumuzu qazanacağımıza da ümidləndirdi.


Подпишитесь на новости сайта

Пожалуйста, оставьте комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *