Category: Breyn rinq

OYUNUN QAYDALARI:

1. “Breyn Rinqdə” iki komanda oynayır (hər komandada 6 oyunçu)

2. Hər oyun 4 görüşdən ibarətdir. İki seçim və iki final görüşündən
Final görüşündə seçim turunun qalibləri oynayır.

3. Hər iki final görüşündə qalib gələn komanda oyunun qalibi olur.
Əgər hər iki komanda bir final görüşündə qalib gəlibsə , oyunun qalibini həlledici sual müəyyən edir.

4. Bütün oyunlar 5 xala qədər oynanılır.

5. Səslənən suala cavabı hazır olan komanda düyməni basmaqla işarə edir. Cavab üçün düyməni aparıcı “Vaxt gedir!” kəlməsini dedikdən və serena siqnalı səsləndikdən sonra 20 saniyə ərzində istənilən vaxt basmaq olar.

5.1. Əgər komanda falstart edirsə –yəni düyməni serena siqnalı yanmazdan əvvəl basırsa bu suala cavab vermək hüququndan məhrum edilir.

5.2 Birinci saniyədə suala düzgün cavab verməyən komanda cərimələnir. Suala səhv cavab verən komanda üzvü qırmızı kart alır və rinqin sonunadək oyunu tərk edir.

5.3 Əgər düyməni birinci basan komanda səhv cavab veribsə,ikinci komanda bu suala cavab verə bilər. Müzakirə üçün komanda qalan vaxtdan istifadə edə bilir.

5.4. Falstart edən oyunçu görüşün sonunadək oyunu tərk edir.

6. Düzgün cavab verən komanda 1 xal qazanır.

6.1 Əgər hər iki komanda suala düzgün cavab verməsə , qazanılmayan xallar toplanır.
Növbəti sualın cavabı komandalara 2 xal qazandırır. Əgər bu suala da düzgün cavab verilməsə onda növbəti düzgün cavab 3 xaldır.

6.2 Əgər hər iki komanda bir- birinin ardınca 3 suala düzgün cavab verməsə onda
komandalar diskvalifikasiya edilir və rinqi tərk edir.